• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 851
— 08.08.2022 17:40

Birdəfəlik ödəmə proqramı davam edir

KepezTV Player

Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısının davamı olaraq icra edilən birdəfəlik ödəmə proqramı davam edir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildirilib ki, Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin verilməsi ilə proqram hərbi qulluqçuların sığortası ilə bağlı qanun qəbul edilən tarixədək - 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldıqları xəsarətlə bağlı əlillikləri olmuş şəxsləri əhatə edir. Sənədləri e-sistemdə mövcud olan şəxslərə bu ödəmə proaktiv şəkildə ödənilir. Sənədləri e-sistemlərdə olmayanlar isə sənədlərini aidiyyəti qurumlara müraciət etməklə elektronlaşdırır, bundan sonra Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş həyata keçirilir.