• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1085
— 05.08.2022 21:10

Son 10 gündə 8 nəfər COVİD 19-a yoluxub

KepezTV Player

Gün ərzində verilən statiskaya əsasən artıq Respublikamızda yenə də karanavirus xəstəliyinə yoluxanların sayı artır.COVİD 19-a yoluxma rəqəmi 400-ü keçib. Təəsüflə demək olar ki, virusa yoluxma Gəncə şəhərində də müşahidə olunmaqdadır. Həkimlər isə bununla bağlı olaraq həyacan təbili çalır. Əgər sağlamlığımızı düşünüb eləcə də sərt qadağa tədbirlərini yenidən yaşamamaq istəyiriksə tələblərə əməl etməliyik.

Narınc Nurməmmədova sakin :O qapanmalarımız olan günləri bir də bizə  Allah göstərməsin. Mütələq gigyenik qaydalara əməl etməliyik. Mən özüm karanavirus keçirmişəm. Çox ağır yatmışam. Əjaliyə müraciət edirəm ki, maska taxsınlar ictimai yerlərdə ehtiyatlı olsunlar. Çox yerlərə getməsinlər.

Nurəddin Məmmədov sakin: Hər kəs özü haqqında düşünməldir. Tam layiqli düşüncəli adanlar ətrafını da düşünməldirlər. İctimai yerlərdə qorunmaq lazımdır. Ümümiyyətlə bu bəladan uzaq gəzsək, düşməsək daha əla olar. Hamıya sağlamlıq arzu edirəm.

Bəşəriyyətin bəlasına çevrilən karanavirus xəstəliyi yenə geniş yayılmaqdadır. İnsanların bu virusa yoluxması günbəgün artır. Bunun qarşısının alınmasının əsas yolları təbii ki, gigiyenik qaydalara əməl etmək, peyvəndlənməkdir.

Əli Quluyev Gəncə 1 saylı Birləşmiş Xəstəxanasının Yolxucu şöbəsinin həkimi : Əhalimizə bir həkim kimi müraciət edirəm ki, yoluxmanın artım tendesiyası olduğu üçün mütləq qaydada müxtəlif şənliklərdə olduqda, xüsusən də yas mərasimlərdə iştirak etdikdə məsafənin gözlənməsi qaydalarına riayət etməldirlər. Eyni zamanda operativ qərargahın verdiyi bütün təlimatlar elan olunur və onlara əməl edilməldir.

COVİD 19-a qarşı aparılan ən yaxşı mübarizə üsullardan biri də vaxtında və düzgün müalicədir. Bunun üçün də karanavirusun əlamətlərini hiss etdikdə müayinə və müalicə etdirmək vacib olan şərtlərdəndir.

Əli Quluyev Gəncə 1 saylı Birləşmiş Xəstəxanasının Yolxucu şöbəsinin həkimi : Əgər insanlarımızda qızdırma, halsızlıq, boğulma, boğaz nahiyyəsində ağrlra müşahidə edilərsə tez həkimə müraciət etməlidir. Müxtəlif müayinələrdən keçməlidir. COVİD 19-dan yaxma testləri verməldir. Eyni zamanda özünü ev şəraitində təcrid etməlidir. Əgər qızdırma halları, boğulma artarsa onda ərazi polikinkasında həkimə müraciət etməlidir. COVİD 19 təstiq olarsa xüsusi müalicəsi aparılmalıdır.

Bununla paralel vaksinasiya da günün tələbləri olan virusun qarşısını alan başlıca amillərdəndir. Gəncədə də bu qaydalara əməl etmək üçün  3 vaksin məntəqəsi faəliyyət göstərir. Gün ərzində hesablamara əsasən 100-ə yaxın vətəndaş vaksin olunur.

Aminə Cabbarova "Kəpəz" Ailə Sağlamlıq Mərkəzinin həkimi: Demək olar ki, 2 ilə yaxındır ki, vaksin işi ilə məşğul oluruq. Son vaxtlar hamı vaksinə gəldiyi üçün vaksin işi başa çatmış hesab olundu. Artıq xəstəlik yenə tuğyan etməyə başalyıb. Əvvəl gün ərzində 10-15 vaksinə müraciət edən olurdusa, artqı gəlişlərin sayı artıb. Sahə tibb bacılarına tapşırılıbdı. Əhali arasında söhbətlər aparılır. Hər kəs öz sağlamlığını qoruyirsa vaksinə gəlişləri artırsın.

Elnur Məmmədov :sakin: İkinci dozanı vurdurmuşdum. Üçüncü dozanın vaxdı idi. Bu gün gəldim vaksin olundum. Özümü yaxşı hiss edirəm. Səhətimlə əlaqəli heç bir problem yoxdur. Məsləhətdir hamı gəlsin vurdursun. Ehtiyatlı olsunlar, şəxsi gigyenik qaydalara əməl eləsinlər. Birinci növbədə öz sağlamlığımız üçündür.

Uzun müddət Gəncədə COVİD 19-a yoluxmaya təsadüf olunmasa da təəsüflə demək olar ki, son 10 gündür ki, karanavirusa yoluxanların sayı artır. Hazırda 8 nəfər aktiv xəstə qeydiyyatındadır. Onlar da evdə həkim müayinəsi altında müalicə olunurlar.

Elnur Vahidoğlu