• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1157
— 05.08.2022 11:26

Şəhər rəhbərliyi sakinlərlə görüşüb

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşüb. Səyyar görüş zamanı sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər yerində araşdırılaraq, müvafiq tədbirlər görülüb. İdarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçən görüşdə şəhid ailələri və Vətən mühəribəsi işirakçıları üstünlük təşkil ediblər. “Açıq mikrofon” formasında baş tutan görüşdə müraciətlərin əsasını maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, dərman preparatlarının verilməsi, işlə təminat və digər məsələlər təşkil edib. Səsləndirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün aidiyyətı üzrə tapşırıqlar verilib.