• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1632
— 04.08.2022 19:54

Dünya birinciliyində 3 medal qazanılıb

KepezTV Player

İtaliyanın paytaxtı Roma şəhərində keçirilən güləş üzrə 17 yaşlıların dünya birinciliyində mükafatçılar sırasına düşən Gəncə idmançılarının qarşılanma mərasimi keçirilib. Zəfər tağının önündə baş tutan tədbirdə şəhərin idman ictimaiyyətinin nümayəndələri, güləşsevərlər iştirak ediblər. İyulun 26-31-nə kimi keçirilən dünya birinciliyində Gəncədən güləşin sərbəst növündə 48 kq çəkidə Vasif Bağırov birinci yerə, 45 kq-da Bəşir Verdiyev isə ikinci yerə layiq görülüb. Bundan başqa yunan roma güləşi üzrə 45 kq çəki dərəcəsində Hüseyn Savadov üçüncü yerə çıxıb.  Gəncənin güləş tarixində ilk dəfədir ki, dünya birinciliyi kimi mötəbər yarışda 3 medal qazanılıb.