• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 846
— 04.08.2022 12:16

Qurbanov oyundan razı qalıb

KepezTV Player

"Oyundan çox razı qaldım. Möhkəm, topla yaxşı davranmağı bilən komandaya qarşı oynayırdıq".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra açıqlamasında deyib. 50 yaşlı mütəxəssis futbolçuların dayanmadığını və sonadək vuruşduğunu bildirib: "İkinci hissədə qol epizodlarımız da oldu. İlk matçda rəqibi sonadək tanımırsan. Cavab matçında bu istək, bu inamla daha yaxşı oynayacağımıza inanıram" - deyə əlavə edib. 

Rəqibin baş məşqçisi Stanislav Çerçesov isə cavab oyunu üçün şansları dəyərləndirib. "1:1 hesabı onu deyir ki, hər şey yenidən başlayacaq" - təcrübəli mütəxəssis belə söyləyib.