• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1221
— 04.08.2022 12:14

"Qarabağ" Macarıstan klubu ilə heç-heçə edib

KepezTV Player

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. "Köhlən atlar" III təsnifat mərhələsinin ilk matçında Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. 17-ci dəqiqədə qonaqlar hesabı açıblar. Frank Boli fərqlənib. 28-ci dəqiqədə Şahruddin Məhəmmədəliyev rəqibin 2-ci qolu vurmasına mane olub. 34-cü dəqiqədə “Qarabağ” hesabı bərabərləşdirib. Filip Ozobiçin cərimə zərbəsini qapıçı qaytarsa da, topa hamıdan birinci çatan Kvabena Ovusu tarazlığı bərpa edib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Vadji qonaqları 2-ci dəfə meydanın mərkəzinə dəvət etsə də, VAR sisteminin müdaxiləsindən sonra qol qeydə alınmayıb. Buna məhsuldar ötürməni verən Marko Veşoviçin topu qəbul edərkən ofsaydda olması səbəb olub.Komandalar arasında cavab qarşılaşması avqustun 9-da Budapeştdə keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtl Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.