• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1997
— 04.08.2022 12:02

Şəhid Anar Kazımov dəfn olunub

KepezTV Player

Qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində dünən şəhid olan Azərbaycan Ordusunun əsgəri Anar Kazımovla vida mərasimi keçirilib.Mərasimdə rəsmi şəxslər, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Anar Kazımovun nəşi dəfn olunması üçün Qaracəmirli kənd qəbiristanlığına aparılıb, daha sonra yaylım atəşləri altında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Tabutun üzərindəki üçrəngli bayrağımız xatirə olaraq mərhumun ailəsinə təqdim edilib.