• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1540
— 03.08.2022 19:05

Direktor olmaq istəyənlərin müsahibə mərhələsi keçirilib

KepezTV Player

Gəncə-Daşkəsən Regional təhsil idarəsi üzrə fəaliyyət göstərən orta məktəblərində vakant olan direktorların müsahibə mərhələsi keçirilib. Ümumilikdə regional təhsil idarəsi üzrə orta ümumtəhsil məktəblərinə  29 vakant direktor yeri var ki, burada 109 nəfər pedaqoq müraciət edib. Məktəb direktoru yeri boş olan 15 təhsil ocağının şagird sayı 150-ə qədər olan, 14 boş yer isə şagird kontingenti 500 qədər olan təhsil müəsisələridir. Şagird sayı 150-dək olan ümumtəhsil məktəbləri üçün namizədlər birbaşa müsahibə mərhələsində iştirak edib. Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətlər qiymətləndirilib. Şagird sayı 150-dən 500-dək olan ümumtəhsil məktəbləri üçün direktor olmaq istiyənlər isə test eləcə də müsahibə mərhələsinə qatılıblar. Müsabiqənin test imtahanı mərhələsində namizədlərə tənqidi oxu bacarığı, riyazi və məntiqi düşünmə həmçinin  təhsil qanun vericiliyi üzrə ümumilikdə 45 test tapşırığı təqdim edilib. Bütün kriteriyalara cavab verən namizədlər isə seçimdən sonra vakant olan orta ümumtəhsil məktələrin də direktor kimi fəaliyyət göstərəcəklər.

Anar Qədiməliyev Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin  müdiri: Məktəb idarəçiliyi, idarə etmə bacarığı. Müəllimlərlə işləmə bacarığı, valideyin və şagirdlərlə işləmə bacarığı bütün bunlar nəzərə alınır. Məktəb sənədlərini nə formada bilir. Müxtəlif stüasiyalarda qərar vermə bacarığı yoxlanılır. Bütün bunlar bizim üçün əsas kiriteriyyalardı. 5 nəfərdən ibarət komissiya üzvləridir.Bütün proses şəfaf şəkildə kamera görüntüsünı alınır. Düşünürəm ki, bu şəffaf şəkildə bir mexanizimdir. Müsahibəyə gələn hər bir namizəd bunu hiss edir. Bu günə müsahibəni yekunlaşdırmaq və növbəti 1 həftə ərzində yekun qərar vermə məsələsi olacaqdır.

Həsrət Rəhimov iştirakçı: Müsahibədən düşünürəm ki, nəticələr mənim üçün uğurlu, yaxşı olacaqdır. Müsahibənin şəffaflığı, sualların forması olduqca standartlara uyğun idi.