• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1170
— 03.08.2022 19:06

Gəncənin su və kanalizasiya sistemlərinin yenidən qurulması müzakirə edilib

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovla görüşdə şəhərin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi, layihə çərçivəsində görülən işlər və planlar müzakirə edilib.Bildirilib ki, şəhərin su təchizatı sisteminin yenidən qurulması üzrə işlərin 43, kanalizasiya sisteminin yenidən qurulması üzrə işlərin isə 40 faizi başa çatıb. Mərkəzləşdirilmiş su təchizatı sisteminin yenidən qurulması zamanı çirkab su təmizləyici qurğu da inşa ediləcək. Bu da çirkab suların müvafiq tələblərə cavab verəcək şəkildə təmizləndikdən sonra texniki su kimi istifadə edilməsinə imkan yaradacaq. Görüşdə layihənin icrası zamanı baş verən ləngimələrin, şəhərin müxtəlif ərazilərində aparılan qazıntı işlərindən sonra küçələrin asfalt örtüyünün bərpa edilməməsinin, müvafiq işlərin görüldüyü bir sıra ərazilərdə asfalt örtüyünün çökməsinin əhalinin haqlı narazılığına səbəb olduğu qeyd olunub.