• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2026
— 29.07.2022 19:58

Samux komandası açıq birinciliyin qalib olub

KepezTV Player

Samuxda kikboksinq üzrə açıq rayon birinciliyi təşkil edilib. Yarış Milli Qəhrəman Eltun İsgəndərovun və Samux şəhidlərinin əziz xatirəsinə həsr olunub.

Yarışın rəsmi açılış mərasimində hər il reallaşan birincilikdə ildən-ilə iştirakçı sayının artdığı və bunun da kikboksinqin ölkəmizdə populyar idman növlərindən biri olmasının sübutu olduğu bildirilib. Yarışın təşkilinin böyük önəm daşıdığına diqqət çəkilərək vətən müharibəsində düşmənə qan udduran igidlərin bir neçəsinin məhz belə birinciliklərin iştirakçısı olduğu vurğulanıb. Bir qrup şəhid ailəsinin üzvləri və qazilərə, o cümlədən məşqçi və idmançılara fəxri fərmanlar təqdim olunub. Rəsmi hissədən sonra döyüşlər başlayıb. 2 gün davam edən mübarizələrdə ayrı-ayrı şəhər və rayonların kikboksinqçiləri qalib olmaq üçün rinqdə bacarıqlarını ortaya qoyublar.

Ənənə halını alan birincilikdə 24 kikboksinq klubunun döyüşçləri iştirak edib. Ümumilikdə 400-dən çox idmançının qatıldığı yarışlarda ölkə birinciliyinin qalib və mükafatçıları da qüvvələrini sınayıblar.

Açıq birinciliyin sonunda qaliblər mükafatlandırılıb. Samux komandası 1-ci yerə layiq görülüb. Gəncə 2-ci, Mingəçevir kollektivi isə 3-cü olub.