• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1660
— 29.07.2022 19:54

II Milli Yaylaq Festivalı

KepezTV Player

Bu gün Oğuz elində bayramdı. Xan yaylağında çadırlar qurulub, meydanlar düzəlib. Hər kəs bu bayramı izləməyə yollanır. Əməkdaşımız Elnur Vahidoğlunun II Milli Yaylaq festivalından hazırladığı vieomaterialı izləyək.

Milli Yaylaq Festivalı. Adınnanda göründüyü kimi əsil milli adət-ənənələrimiz yaşadırlar bu festivalda. Göründüyü kimi bir tərəfdə çadırlar qurulub, digər bir tərəfdə isə  musiq meydanları salınıbdır. Hər kəs gülür, əylənir eləcə də milli adət-ənənələrimizi yaşadır.

Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədi ilə ikinci dəfədir ki, Milli Yaylaq Festivalı keçirilir. “Cavad xan” Tarix və Mədəniyyət fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyinin və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə baş tutan festivalda 22 xarici ölkədən 300-ə yaxın qonağın iştirakı gözlənilir. II Milli yaylaq festivalında 70 mindən artıq yerli tamaşaçının iştirakı da nəzərdə tutulur.

Xan yaylağının ərzisində yerləşən Yaylaq yurdu etno-qəsəbəsində “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” kimi tematik guşələr fəaliyyət göstərir. Festival iştirakçıları 3 gün ərzində xarici ölkələrdən dəvət olunan etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi və xalq mahnılarını dinləyə biləcəklər. Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri də tədim ediləcək.

Festivalda milli musiqilər, pəhləvanların nümunəvi çıxışları, əl işlərindən ibarət sərgilər hər kəsdə xoş əhval-ruhiyyə yaradıb. Ərazidə soy-kökümüzü tərənnüm edən 20-ə yaxın çadırın qurulması da marağa səbəb olub.

Milli Yaylaq festivalında gördüyünüz bu ərazidə Xan çadırı da qurulubdur. Bu çadır 18-ci əsirə aidir və o əsirdə olan bütün arqumentlər bu çadırda yaradılıbdır.

Ikinci Milli Yaylaq festivalı iyulun 31-nə kimi davam edəcək. Qeyd edək ki, I Milli Yaylaq Festivalı 2019-cu il iyulun 26-28-də Gədəbəyin Düzyurd-Miskinli yaylağında keçirilib və ilk festivala 3 gün ərzində 50 mindən artıq ziyarətçi, 16 ölkədən 100-dən çox iştirakçı qatılmışdı.

Elnur Vahidoğlu