• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1120
— 29.07.2022 19:26

“Dəmir yumruq” tamaşası nümayiş olunub

KepezTV Player

2 saylı Gəncə regional ”ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə “Şuşa İli”nə həsr olunmuş “Dəmir Yumruq” tamaşası nümayiş olunub. Gəncə Dövlət Dram Teatrında yazıçı-şair, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Regional Bölməsinin sədri Xəzangül Hüseynovanın ssenarisi əsasında aktyor-rejissor Mətləb Təhmazinin quruluş verdiyi tamaşa 44 günlük Vətən Müharibəsindən bəhs edir. Tamaşada igidlərimizin, şəhidlərimizin qəhrəmanlığından, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük müharibədə yürütdüyü müdrik siyasətindən danışılır. Çıxışlarda tamaşanın əhəmiyyətindən danışılaraq tarixi əsərlərin səhnələşdirilməsinin gənclərin maarifləndirilməsi baxımından önəmi vurğulanıb.