• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 920
— 29.07.2022 19:19

Xəstəxanada imtiyazlı şəxslər işlə təmin edilib

KepezTV Player

Dövlətin qazi və şəhid ailələrinə qayğısı bütün sahələrdə olduğu kimi xüsusən də səhiyyədə özünü qabarıq şəkildə biruzə verir. Bunun bariz nümunəsi olaraq İcbari tibb sığorta üzrə Dövlət agentliyi və TƏBİB tərəfindən şəhid ailələri, qazilər və müharibə əlilləri ilə iş şöbəsinin yaradılması bu imtiyazlı kateqoriyadan olan insanların hərtərəfli tibbi təminatı üçün mühüm addım sayılır. Şöbənin əsas iş fəaliyyəti qeyd olunan vətəndaşlara göstərilən tibbi xidmətin yüksək keyfiyyətlə və növbədənkənar göstərilməsi, rayon xəstəxanalarında olmayan müayinə və müalicələr üçün ölkənin digər tibb müəssisələrinə tez bir zamanda göndərilməni təmin etməkdir. Bu istiqamətdə Şəmkirdə də nəzərəçarpacaq işlər həyata keçirilir. Şəmkir rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin tabeliyində olan tibb müəssisələrində səhiyyə xidmətinin göstərilməsi ilə yanaşı 25 nəfər şəhid ailəsinin üzvü, müharibə iştirakçısı və onların ailə üzvləri işlə təmin olunub.