• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1215
— 28.07.2022 20:06

İmtahanda uğursuz olan abituriyentlərlə necə davranmalı?

KepezTV Player

Ali təhsil müəssələrinə keçirilən qəbul imtahanlarından sonra açıqlanan nəticələr heç də hər zaman ürək açan olmur. Maksimum nəticə göstərən şagirdlərlə yanaşı, kəsilən abitruyentlər də yetərincə olur. Bu da gənclərin psixoloji sarsılması və depressiyası ilə nəticələnir. Bəs valideyinlər belə vəziyyətdə necə davranır? Növbəti sujetdə daha ətraflı.

Hər il qəbul imtahanlarından sonra mediada abituriyentlərlə bağlı xoş olmayan xəbərlər izləyirik. Bəziləri problemi ictimai qınaq, bəziləri isə valideyn-övlad münasibətlərinin düzgün qurulmaması ilə əlaqələndirir. Mütəxəsislər isə hesab edir ki, abitruyentlər hələ imtahana getməmişdən valideyinlər onların üstünə əlavə məsuliyyət yükləyir. Belə olan halda isə şagirddə diqqət əksikliyi yaranır və bu da uğursuzluğa gətirib çıxarır.

Taciyə Mehdisoy  psixoloq: Bəzi hallada qarşımızda olan validyinlər qeyd ediirlər ki, imtahana yaxın vaxtda qətiyyən övladımın üstünə düşməmişəm.Amma araşdırmalar aparanda görrürük ki, imtahan qədərki dönmdə valideyinlər kifayət qədər neqativ düşüncələrlə övladlarına yanaşa biliblər. İmtahanın böyük bir anlam daşımasını, gələcəyin ən böyük bir tərəfi olduğunu vurğuluyaraq artıq ağır bir məsuliyyərin yükü altın övladlarını saldıqlarından xəbərsizdilər və eyni zamnada ən əsas tərəflərdən biri abitruyentin abitruyent olana kimi emosional vəziyyətidir. Onsuzda yenioyetməlik yaş dövründə emosional durumda dəyişiklik baş veriri, btünü hər şeyə qarşı həssas bir dönəm yaranır. O ki, qaldı mözvu onların uğurları ilə bağlıdırsa daha çox həssaslaşma başlayır.

Mütəxəsislər deyir ki, valideyinlər hər zaman övladanın emosinal vəziyyətini yaxşılaşdıra bilməz. Bəzən profisional yardım almaq daha məqədəuyğundur hesab olunur.

Taciyə Mehdisoy  psixoloq: Biz kiçik yaraları bəzən sarıya bilirik. Ancaq böyük əməliyyatlarçün həkimə müraciət etməyə məcburuq. Bəzən bunu belə düşünmək laımdır. 3 cür emosional vəziyyətdə yanaşa bilirlər. Ya övladlarının gərgn vaxtında onlarln duyğularını nəzərə almırlar, və ya passiv bir yolu seçirlər qətiyyən reaksiya vermirlər. Üçüncü bir halda isə təhqirə nalayiq sözlərə gərgin vəziyyətə keçid edə bilirlər.əgər övladlarımızda diqqəti, fikri doğru bir yerə yönləndirməsini istəyiriksə imtahan önəsi övladlarına sevdiklərini öna hər mövzuda inandıqlarını və uğura gedən yolda yollarına açıq olduqlarını  başa salsınlar.

Gəncləri neqativ hallara sövq edən amillərdən biri də  cəmiyyətin və ailənin təzyiqidir. Yeniyetməlik uşağın ən həssas dövrü hesab olunur. Bu dövr çox həssas bir dönəm olduğu üçün valideyn tərəfindən yol verilən hər hansı bir yanlışlıq çox böyük fəsadlarla nəticələnə bilər.