• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1930
— 28.07.2022 19:28

“ASAN xidmət”də YAP ərazi partiya təşkilatı yaradılıb

KepezTV Player

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı 12 saylı  ərazi  partiya təşkilatı yaradılıb. Tədbirdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan  və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət quruculuğu siyasətindən söz açılıb. Həmçinin müstəqil Azərbaycanın qurulmasında ulu öndərin əvəzsiz rolundan bəhs edilib. Fəaliyyətində daim yeniliyə, müasirliyə, təkmilləşməyə xüsusi önəm verən Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul edilən qərarların icrasından danışılılb. Tədbirdə təşkilatı məsələlərə baxılıb, YAP sıralarına yeni qəbul olunan “ASAN xidmət” mərkəzinin əməkdaşlarına partiya vəsiqələri təqdim edilib.