• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 685
— 27.07.2022 20:23

İrsi qan xəstələri üçün aksiya keçirilib

KepezTV Player

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə talassemiya və hemofiliyadan, eləcə də digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara yardım məqsədilə qanvermə aksiyası keçirilib. Naftalan sakinləri ənənə halını alan bu nəcib və humanist xarakterli aksiyaya qoşularaq fəallıq nümayiş etdiriblər. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının tibb briqadasının hematoloqları tərəfindən hər bir donor tibbi müayinədən keçdikdən sonra, onlardan qan analizi götürülüb və aksiyaya qoşulması ilə bağlı rəy verilib. Aksiyada Naftalan şəhər İcra hakimiyyətinin başçısı Vüqar Novruzov və aparatın əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların sağlamlığı imkan verən əməkdaşları və könüllülər iştirak ediblər. Humanizm prinsipləri əsasında həyata keçirilən belə tədbirlər ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təmin olunmaları üçün könüllü donor xidmətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.