• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1682
— 26.07.2022 20:42

Futbol akademiyasında tikinti necə gedir?

KepezTV Player

Gəncədə futbolun inkişafı istiqamətində bir sıra işlər həyata keçirilir ki, akademiyanın inşası bunların başında gəlir. Hazırda tikinti işləri hansı mərhələdədi və “Kəpəz” premyerliqada ev oyunlarını keçirmək üçün stadionda nələr edilir? Qarşıdakı sujeti izlədikdən sonra bunlar haqda məlumatlı olacaqsız.

"Kəpəz"in ev oyunlarını doğma meydanda keçirməsi üçün hansı işlər görülür?

"Kəpəz" hazırlıqlarını Gəncədə davam etdirir

Gəncə Futbol Akademiyasının inşasına ötən ilin sonundan start verilib. Akademiyanın iki mərtəbədən ibarət olacaq inzibati binasında işlərin bir qismi yerinə yetirilib. Hazırda hörgü və suvaq işləri görülür. Növbəti mərhələdə elektrik və montaj işləri həyata keçiriləcək. Trenajor, sauna, duş, geyinib-soyunma, hakim otaqları, çamaşırxana və anbar zirzəmidə olacaq. 1-ci mərtəbədə iş, dərs və qonaq otaqları, konfrans zalı, eyni zamanda yeməkxana fəaliyyət göstərəcək. 2-ci mərtəbədə isə akademiyada futbolun sirlərinə yiyələnən və digər rayonlardan olanların qalması üçün yataq otaqları nəzərdə tutulub. Futbol məktəbinin cari ilin sonundək istifadəyə verilməsi planlaşdırılır.

Futbol Akademiyasında iki təbii örtüklü meydança da inşa olunur. Onlardan birində işlər yekunlaşıb və ot örtüyünün salınmasına başlanacaq. Digər stadionda isə son tamamlama işləri yerinə yetirilir. Torpaq-beton işləri yekunlaşan ikinci meydanda çəpər quraşdırılacaq. Çəpərləmə işlərinin isə gələn ayın ilk 10 günlüyünədək başa çatdırılması nəzərədə tutulur. Ümumilikdə hər iki meydançanın oktyabrda təhvil veriləcəyi planlaşdırılır.

Futbol Akademiyası ilə paralel olaraq “Kəpəz”in premeyerıiqada ev oyunlarını doğma meydanda keçirməsi üçün stadionda da lazımi tikinti işləri gedir. Soyunub-geyinmə otaqları yenilənib və ətrafı abadlaşdırılır. Bundan başqa çempionat başlayana kimi bir sıra kosmetik işlər də görüləcək. Qısası premyerliqa üçün ev oyunlarında bır sıra meyarların yerinə yerilməsini təmin etmək baxımdan demək olar ki hər kər səfərbər olub.

"Kəpəz"in ev oyunlarını Gəncədə keçirilməsinə ən çox sevinən təbii ki, azarkeşlərdir. Sarı-göy rənglərə könül verənlər “Kəpəz”in doğma publikadakı qarşılaşmalarında komandaya dəstək vermək üçün səbirsizlənirlər və tezlikdə şəhər stadionun tribunlarının da yenilənməsini arzulayırlar.

Bu arada “Kəpəz” premyerliqaya hazırlığın növbəti mərhələsini Gəncədə davam etdirir. Komanda yeni transferlər və baxışda olanlarla birlikdə Nizami yurdunda ilk məşqinə də çıxıb. Məşqdə dağlıları azarkeşlər tək qoymayıblar. Toplanışı izləyən 30-a yaxın fanat müxtəlif şuarlarla komandaya dəstək olublar, sarı-göy rəngdə fişənglər yandırıblar. Çempionatın startınadək hazırlıqlarını Nizami yurdunda sürdürəcək “Kəpəz” yoldaşlıq görüşləri də keçirməyi hədəfləyib.