• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1489
— 25.07.2022 12:44

ANAMA: Azad edilmiş ərazilərdə daha 195 mina aşkarlanıb

KepezTV Player

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb. İyulun 18-dən dən 24-ə qədər Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 184 piyada əleyhinə mina, 11 tank əleyhinə mina və 181 Partlamamış Hərbi Sursat aşkarlanıb.Bildirilib ki, 953 hektar ərazi mina və PHS-lərdən təmizlənib.