• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1943
— 23.07.2022 20:46

Veteran futbolçu 50 yaşında

KepezTV Player

Gəncəli veteran futbolçu Firuz Qulaminin 50 illik yubileyi qeyd edilib. Bu münasibətlə təşkil edilən ziyafətdə veteran futbolçular, məşqçilər, yubilyarın yaxınları və media nümayəndələri iştirak ediblər. Doğum günü məclisinə təşrif buyuranlar Firuz Qulamini təbrik edib, ona ən xoş arzularını çatdırıblar. Eyni zamanda 50 yaşını qeyd edən veterana müxtəlif hədiyyələr təqdim olunub. Tədbirdə qonaqlar musiqi sədaları altında rəqs edərək xoş vaxt keçiriblər. Firuz Qulami karyerası boyunca “Kəpəz”, “Kür-Nur”, “Turan”, “Qarabağ” və “Araz-Naxçıvan” kimi klubların şərəfini qoruyub.  “Kəpəz”lə iki dəfə ölkə kubokunu başı üzərinə qaldıran yubilyar məqşçi kimi Qəbələ Futbol Akademiyasının qərb bölgəsində seleksiya üzrə mütəxəssis olaraq fəaliyyət göstərib. Hazırda isə Firuz Qulami Gəncə Futbol Veteranları Birliyinin sədr müavinidir.