• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2153
— 23.07.2022 10:46

Maarifləndirici görüş təşkil edilib

KepezTV Player

Gəncədə ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanı ilə bağlı maaarfiləndirici görüş keçirilib. 25 saylı tam orta məktəbdə təşkil edilən tədbirdə Nizami yurdunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları və müavinləri, eləcə də müəllimlər iştirak edib. Görüş sertifikasiya imtahanının qiymətləndirmə formasını müəllimlərə izah etmək və onları narahat edən məqamlara aydınlıq gətirmək məqsədi daşıyıb. Yığıncaqda imtahan barədə ətraflı məlumat verilib, diaqnostik qiymətləndirmə barəsində danışılıb. Görüş müzakirə formatında davam edib, müəllimləri maraqlandıran suallar cavablandırılıb.