• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1961
— 22.07.2022 18:57

Rayonun ilk Avropa çempionu doğma yurda dönüb

KepezTV Player

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən 15 yaşadək sərbəst güləşçilər arasında Avropa birinciliyində qızıl medal qazanan samuxlu pəhləvan Cəfər Cəfərov doğma rayonuna qayıdıb. İdmançını rayonun girişində məşqçiləri, yaxınları və idman ictimaiyyətinin nümayənləri qarşılayıb. 41 kq çəkidə qitə yarışının qalibi olan güləşçinin əldə etdiyi nailiyyət yüksək qiymətləndirib. Çünki Cəfər Samuxun sərbəst güləş üzrə ilk Avropa çempionudur. Onu təbrik edənlər qarşıdakı yarışlarda daha böyük uğur qazanmasını arzulayıblar.