• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2183
— 22.07.2022 18:52

İcra başçısı Hacıkənd sakinləri ilə görüşüb

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Hacıkənd qəsəbəsinin sakinləri ilə görüşüb. “Nizami Gəncəvi – sələflər və xələflər” parkında baş tutan görüş zamanı sakinlər onları narahat edən məsələləri dilə gətirib, bir sıra təkliflərlə çıxış ediblər. Müraciətlər arasında işlə təminat, torpaq sahəsinin ayrılması və içməli su ilə təchizat kimi məsələlər üstünlük təşkil edib. Səsləndirilən bir çox məsələ yerindəcə həllini tapıb. Bəzi müraciətlərlə bağlı aidiyyəti qurumların nümayəndələrinə, yerində baxış keçirməklə müvafiq araşdırma aparmaq və yaranmış problemləri həll etmək tapşırığı verilib.