• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 824
— 22.07.2022 18:49

“Novosti Qyandji” qəzetinin 100 illik yubileyi qeyd olunub

KepezTV Player

Gəncədə 22 iyul “Milli Mətbuat Günü”ndə “Novosti gyandji” Qəzetinin 100 illik yubileyi qeyd olunub. Qəzet 1922-ci ildə fəaliyyətə başlayıb və fəal oxucu oxucu dairəsi var. “Novosti gandji” yeganə qəzetdir ki, MDB ölkələr arasında paytaxdan kənarda rus dilində dərc olunur. 1875-ci il iyulun 22 də böyük mütəfəkkir Həsən bəy Zərdabinin redaktorluğu ilə ilk işıq üzü görən “Əkinçi qəzetinin nəşri ilə bünövrəsi qoyulan Azərbaycan mətbuatının o dövrdən indiyədək qət etdiyi uğurlu yoldan bəhs edilib. Müasir və müstəqil Azərbaycanda söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə MDB məkanında ən qabaqcıl yerlərdən birini tutduğu vurğulanıb.

İrina Kalaşnikova  “Novosti Qyandji” qəzetinin redaktoru: Əlamətdar olan odur ki, 100 illik fəaliyyəti dövründə qəzetin heç vaxt çapı dayanmayıb və rus dilində nəşr olunub.  Biz rus dilinə dövlətin olan münasibətinin şahidiyik. Bu olduqca vacib amildir. Xəbərlərdən bizim sayt vasitəsilə də məlumatlanmaq olar. Gəncədə belə bir qəzetin çap olunması doğurdan da əlamətdar hadisədir.