• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1154
— 22.07.2022 12:54

Riyaziyyat üzrə əlavə MİQ imtahanı üçün qeydiyyat başlayıb

KepezTV Player

Riyaziyyat fənni üzrə əlavə imtahan vermək istəyən namizədlər 22 iyul saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq aktivləşdirilən müvafiq xanaya klikləyərək müraciət edə bilərlər.Müraciətlər 23 iyul saat 11:00-a qədər müddətində qəbul ediləcək.14 iyulda keçirilmiş imtahanda 3 sualın öncədən elan edilməsi səbəbindən elmi statistik təhlil aparılmışdı. Təhlil nəticələrinə əsasən qərara alınıb ki, müzakirəyə səbəb olan 3 sualın nəticəsi bütün iştirakçılar üçün ləğv edilir və namizədlərə 3 sualın hər biri üzrə 2 bal olmaqla, cəmdə 6 bal hesablanır.Baş verənlərlə əlaqədar riyaziyyat fənni üzrə namizədlərə könüllü əsasda təkrar imtahan vermək imkanı yaradılıb.Təkrar imtahanda iştirak etmək istəyən namizədlər nəzərə almalıdırlar ki, bu halda onların 14 iyul 2022-ci il tarixində verdiyi imtahanın nəticəsi etibarsız sayılacaq və sonuncu imtahanda əldə etdikləri nəticə əsas götürüləcək.