• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1132
— 22.07.2022 12:51

Media nümayəndələri ilə görüş keçirilib

KepezTV Player

Naftalanda Milli Mətbuatın 147-ci ildönümü münasibətilə bir qrup media nümayəndələri ilə görüş keçirilib. İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Azərbaycanın milli mətbuatının yaranmasından, şərəfli inkişaf tarixindən danışıb. Mətbuatımızın müstəqillik dövründəki fəaliyyətində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərini xüsusilə vurğulayaraq ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələrinin mühüm rol oynadığını qeyd edib. Eləcə də tariximizə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən Müharibəsindən söhbət açılaraq həmin dövrdə kütləvi informasiya vasitələrinin nümayəndələrinin fədakarlıqlarından danışaraq, mətbuat işçilərini peşə bayramları münasibətilə təbrik edib, məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Media nümayəndələri Azərbaycan milli mətbuatının yaranmasının dövlət səviyyəsində qeyd edilməsi, dövlət tərəfindən mətbuat nümayəndələrinin əməyinə verilən qiymətdən bəhs ediblər. Sonda mətbuat nümayəndələrinə Şəhər İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və xatirə hədiyyələri təqdim olunub. Təltif edilənlər sırasında Kəpəz televiziyasının əməkdaşı da olub.