• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1527
— 21.07.2022 16:45

Parlaq gələcəyin təminatçıları

KepezTV Player

İrqindən, cinsindən, milliyyətindən asılı olmayaraq, hər bir uşağın təhsil almaq, sağlam mühitdə yaşamaq, qidalanmaq haqqı var. Gələcəyimizin sağlam, parlaq olması isə onların həyat şəraitindən, psixoloji və fiziki sağlamlığından asılıdır. Azərbaycanda uşaqların sağlam, vətənpərvər və cəmiyyətə yararlı şəkildə inkişaf etdirilməsi dövlət siyasətinin prioritetidir. Ona gorə də  Azərbaycan 1992-ci ilin məhz bu günü Uşaq hüquqları haqqında" Konvensiyaya qoşulub. "Uşaq hüquqları haqqında" Bəyannaməni qəbul edib.

Gələcəyimiz olan uşaqların hüquq və haqlarının qorunması ən ümdə məsələlərdən biridir. Odur ki, doğulduqları gündən onları qorumaq, hüquqlarını anlatmaq, müstəqil həyata səlis addımlamaları üçün daim tədbirlər görülür. Hər bir dövlətin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biri də uşaqların sağlamlığının, gələcəyinin təmin olunması istiqamətindəki məsələlərdir. Azərbaycanda da bu məsələyə hər zaman xüsusi diqqət yetirilib.

Uşaqların hüquqlarının pozulmasına ən çox onların təhsildən uzaqlaşdırılaraq erkən nikaha, məcburi əməyə cəlb edilməsi hallarında rast gəlinir. Beynəlxalq qanunvericilik və digər normativ aktlara uyğun olaraq Azərbaycanda uşaqların müdafiəsi və onların rifahının yaxşılaşdırılması, hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də uşaqlarla bağlı dövlət siyasətinin əlaqələndirilməsi həyata keçirilir.

Azərbaycan Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin Azərbaycan 1992-ci il iyulun 21-də Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulub və "Uşaq hüquqları haqqında" Bəyannaməsini qəbul edib. Bu gün Azərbaycanın BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulmasından 30 il ötür.