• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 673
— 21.07.2022 15:48

Abituriyentlər 2-ci cəhd qəbul imtahanı keçirilib

KepezTV Player

Ölkənin bir sıra şəhər və rayonlarında olduğu kimi Gəncədə də Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə 1 və 4-cü ixtisas qrupları üzrə 2-ci cəhd qəbul imtahanı keçirilib. Nizami yurdunda imtahan 6 binada baş tutub. Prosesə 6 ümumi rəhbər, 19 imtahan rəhbəri və 137 zal nəzarətçisi cəlb olunub. Ümumilikdə sözügedən ixtisas qrupları üzrə Gəncədəki imtahanda 1444 abituriyent qeydiyyatdan keçib. 30-dan çox şəxs imtahanda iştirak etməyib.