• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1811
— 20.07.2022 19:45

Arı sancması nə qədər təhlükəlidir?

KepezTV Player

Mövsümün qorxulu kabusu olan arılar, bəzən insan həyatı üçün təhlükəli ola bilirlər. Hər kəsin ən azı bir dəfə rastlaşdığı arı sancması adi hal kimi görünsə də, bu, bəzi insanlarda hətta ölümə səbəb ola bilir. Ona görə də arı iynəsini batırdığı anda ilk yardım göstərilməsi hər zaman önəmlidir.

Arılar, əsasən də bal arıları faydalı olduqları qədər təhlükəli də ola bilirlər. Əgər zəhərli arı insanı sancsa, bu həyat üçün riskli ola bilər və allergiyaya meyilli olan insanlarda, uşaqlarda bu ağır allergik reaksiyanın, hətta anafilaktik şokun inkişafına gətirib çıxarda bilər. Bu günlərdə arı sancması nəticəsində Ağstafada ölüm ilə nəticələnən bədbəxt hadisə də bu məsələyə diqqətlə yanaşmağın vacibliyini bir daha gündəmə gətirir.

Arı sancmasından sonra edilməli olan ilk yardım yaraya sabun suyu və buz qoyulmasıdır. Əgər arının iynəsi dərdindədirsə, naqqaşla çıxarılmalıdır və arının sancdığı yer 10-14 gün müddətində nəzarətdə saxlanılmalıdır.

Mütəxəsislər deyir ki, nadir hallarda olsa da arı sancmasından ağır şikayətlərlə müraciət edən xəstələr olur.

Həkimlər həm də onu bildirir ki, bal arılarının sancmasının müalicəvi təsirləri var. Lakin bu, həssas insanlar üçün keçərli deyil. Xalq təbabətində arılardan istifadə edirlər. Məsələn, oynaq, bel ağrılarında, revmatizm xəstəliyində bu sancmaların faydalı təsiri danılmazdır.