• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1797
— 20.07.2022 11:48

Yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.Bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək, qadağan olunmuş səs siqnallarından, görməni məhdudlaşdıran vasitələrdən istifadəedərək  digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Anoloji monitorinqlər bundan sonra da davam etdiriləcək.