• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1271
— 19.07.2022 20:13

"Birtərəfli qətnamənin qəbul edilməsi tamamilə qəbulolunmazdır"

KepezTV Player

Avropa Parlamentinin bəzi üzvlərinin mövqeyini tamamilə əsassız hesab edirik. Prezidenti İlham Əliyev Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makalister ilə görüşündə bu barədə bəyan edib. Dövlət başçısı avropalı diplomata ittifaqda  antiazərbaycan qətnamələrinin qəbul edildiyini diqqətə çatdırıb. Bu qətnamələrin sayını belə yaddan çıxardığını deyən prezident  bu sənədlərdə Qarabağda erməni mədəni irsinin dağıdılması kimi həqiqətə uyğun olmayan ifitraların yer aldığını vurğulayıb.

Biz Avropa Parlamentinin hərəkətlərini başa düşə bilmirik. Əslində, Avropa Parlamenti Ermənistan parlamenti ilə müqayisədə Azərbaycana qarşı daha çox aqressivdir deyən dövlət başçısı bildirib ki, bəzən elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində müəyyən təsiri var. Əks halda, bunu başa düşmək çox çətindir. Azərbaycan  Avropa ilə yaxın münasibətlər qurmaq istəyir. Lakin Avropa Parlamenti belə bir yol seçməyi düşünürsə, bu, onların seçimidir. Amma onlar parlamentin bəzi üzvlərinin cəhdlərinə baxmayaraq, Avropanı Azərbaycandan və Azərbaycanı Avropadan təcrid etməyin mümkün olmadığını bilməlidirlər.

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri diqqətə çatdırıb ki, nümayəndə heyətinə parlamentin altı üzvü daxildir. Cənubi Qafqaza səfər bütün həftə boyu davam edəcək. Azərbaycana səfərdən sonra Gürcüstana, daha sonra isə Ermənistana səfər ediləcək.

Dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə aparılan danışıqlar prosesinə toxunub və Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyini qonaqların diqqətinə çatdırıb.  Söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi və bu xüsusda Avropa İttifaqının bütün institutları ilə qarşılıqlı anlaşma şəraitində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.