• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1475
— 19.07.2022 12:20

Böyük qayıdış: Ağalı sakinləri evlırinə döndülər

KepezTV Player

Bu gündən əhalinin ilk qrupunun Zəngilanın Ağalı kəndinə köçürülməsinə başlanılır. Ümumilikdə, 41 ailənin dörd mərhələdə köçürülməsi planlaşdırılıb. İlk mərhələdə 10 ailə köçəcək. Ağalı kəndinə Köçürüləcək təxminən 200 nəfər burada hər cür şəraitlə təmin olunacaq. Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyevin sözlərinə görə, Ağalıda məskunlaşacaq sakinlər yüksək keyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunacaqlar. Orada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibb məsələləri müvafiq qurumlar tərəfindən həll ediləcək. Kəndə növbəti aylarda da köçürülmə nəzərdə tutulur. Bu gün isə 58 nəfərin Ağalıya köçürülməsi planlaşdırılır. Ümumilikdə isə 41 ailədən 201 nəfər növbəti 5 gün ərzində Ağalıya köçürüləcək.