• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2395
— 18.07.2022 19:08

Kondisioner sərinlik verir, yoxsa xəstə salır?

KepezTV Player

Havalar isti keçəndə kondisionerə tələbat da artır. İşdə, evdə, avtomobildə, demək olar ki, hər yerdə kondisionerdən istifadə edirik. Bəs düzgün istifadə qaydası necədir? Nələrə diqqət eyməkdə fayda var? Sıradakı materialda daha ətraflı biləcəksiz.

El dili ilə desək, iyul ayının “qorabişirən” vədəsidir. Son günlər isə havalar daha isti keçdiyindən günorta saatlarında açıq havaya çıxmaq demək olar ki, mümkün deyil. İnsanlar nəfəskəsən istilərdən qaçaraq özlərini “kondisionerlərin altına verirlər”. Temperaturun yüksəlməsi ilə müşahidə olunan isti hava şəraiti sərinlədici cihazlara təlabatı da artırıb. Satıcılar da son 1 ayda kondisioner alanların sayında artım olduğunu qeyd edirlər.

Düzdür, kondisionerlər sərinlik bəxş edir, amma bu cihazın havasının orqanizmə ziyanı da az deyil. İstidən soyuğa, soyuqdan istiyə hava dəyişməsi müxtəlif problemlər yarada bilər.  Sorğu zamanı məlum oldu  ki, sakinlər məcbur qalmadıqca bu qurğulardan istifadə etmirlər.

Həkimlər isə deyir ki, bunlardan qorunmaq üçün kondisionerdən mümkün qədər az və düzgün qaydada istifadə etmək lazımdır. Həmçinin cihazın olduğu otaq mütəmadi olaraq havalandırılmalıdır. Ondan uzunmüddətli istifadə müxtəlif bakterial xəstəliklərə, dəri problemlərinə, baş və əzələ ağrısına səbəb olur.

Əsas məqamlardan biri də kondisionerin təmizliyidir, çünki filtrdə yığılan mikrob və bakteriyalar havaya qarışaraq infeksiyalar yaradır. Nəfəs yolunun infeksiyası legioner xəstəliyi və astma kimi allergik reaksiyaların artması ilə nəticələnir. Həmin bakteriyalar da ağciyərlərdə xəstəliyə səbəb ola bilər. Ona görə də bu texniki avadanlıqlardan istifadə edən zaman düzgün rejim seçmək daha məsləhətlidir.