• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1093
— 18.07.2022 19:23

Aİ etibarlı tərəfdaşla əməkdaşlığı genişləndirir

KepezTV Player

Enerji sahəsində əməkdaşlıq və Avropa İttifaqı-Azərbaycan münasibətlərinin vəziyyəti bu gün Bakıda müzakirə edilib. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və prezident İlham Əliyev iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyinə toxunub, Azərbaycanın bərpa olunan enerji sahəsində potensial imkanlarından danışıb. Avropa ittifaqı Azərbaycanı güvənilən və etibarlı, çox vacib enerji tərəfdaşı kimi görür. Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının növbəti iclasının sabah Brüsseldə keçiriləcəyi vurğulanıb. Azərbaycan Prezidenti ilə Avropa Komissiyasının Prezidentinin geniş tərkibdə görüşündən sonra İlham Əliyev və Ursula Fon der Lyayen “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nu imzalayıblar. Sonra mətbuata bəyanatlarla çıxış ediblər.