• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2222
— 18.07.2022 16:21

Uşaq bağçalarına elektron qəbul başlayıb

KepezTV Player

Bu gün saat 11-dən etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə, yəni uşaq bağçalarına uşaqların qəbulu prosesinə start verilib. Sentyabrın 14-dək davam edəcək qəbul “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi” - www.bq.edu.az vasitəsilə həyata keçirilir. Valideynlər elektron kabinet yaratmaqla uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla bilərlər. Valideyn tərəfindən yerləşdirilən növbələr 1 ay müddətində boş yerlər olduğu halda sorğuya çevriləcək. Sorğu qəbul edildikdən sonra 15 gün ərzində sənədlər müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq. Elektron qəbul sistemi 15-21 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək. Onlayn qeydiyyat zamanı şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin övladları, tək işləyən valideynlərin övladları; I və II qrup əlillərin övladları; hərbi xidmətdə olan valideynlərin övladları; təhsilalan anaların övladları; çoxuşaqlı ailələrdən olan uşaqlar; qəyyumluqda olan uşaqlara üstünlük hüquqları veriləcək.