• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1523
— 18.07.2022 12:16

Gəncədə yaradılan yeni müəssisədə 800-dən çox adam çalışacaq

KepezTV Player

"Azərbaycan Sənaye Korporasiyası" ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında imzalanan müqaviləyə əsasən alüminium məhsullarının istehsalı üzrə birgə müəssisə təsis edilir. İqtisadiyyat naziri Mikayıl Cabbarov layihə çərçivəsində Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı və layihənin birinci mərhələsində 132 milyon dollar həcmində sərmayə qoyulmasının nəzərdə tutulduğunu açıqlayıb. Bu, 800-dən çox yeni iş yerinin yaradılmasına, alüminium sənayesinin inkişafı, rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsinə töhfə verəcək.