• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1073
— 16.07.2022 19:16

Avtosex içərisindəki maşınlarla birgə yandı

KepezTV Player

Tovuzda avtomobil təmiri sexində yanğın baş verib. Hadisə şəhərin Heydar Əiyev prospekti ilə Aşıq Azaflı Mikayıl küçəsinin kəsişməsində Elburus Həsənova aid avtosexdə qeydə alınıb. İlkin ehtimala görə, qısa qapanmadan yaranan alov qısa zamanda təmir sexini ağuşuna alıb. Üç hissədən ibarəd olan sexdə hadisə zamanı 5 avtomobil olub. Ümumi sahəsi 200 m² olan təmiri sexinin yanar konstruksiyaları 110 m² sahədə, içərisində təmirə dayanan “Ford” markalı yük və “Renault” markalı minik avtomobilləri ilə birgə yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər sexin qalan hissəsini yanğından mühafizə ediblər. Digər avtomobillərin yanğından xilas edilməsi zamanı vətəndaşlardan biri yanıq xəsarət alıb. Əraziyə cəlb olunan Təcili Tibbi Yardım briqadası ona ilkin tibbi yardım edib. Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları da cəlb olunub. Hadisənin dəqiq baş vermə səbəbləri araşdırılır.