• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2240
— 15.07.2022 16:00

İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyi qeyd edilir

KepezTV Player

Bu il Azərbaycanda İrəvan Müəllimlər Seminasiyasının yaranmasının 140 illik yubleyi qeyd olunur. Prezident İlham Əliyevin müvafiq sərəcamı əsasında ölkədə reallaşan silsilə tədbirlərdən biri də Göygöl Peşə Məktəbində təşkil olunub. Yığıncaqda İrəvan Müəllimlər Seminasiyasının tarixi, orada yetişən Azərbaycan ziyalılar haqda ətraflı məlumat verilib. Regionda dünyəvi təhsil verən yeni tipli məktəb olan seminariya müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları yetişdirib, həmçinin azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında geniş mədəni-maarif işləri aparıb. O da diqqət çatdırılıb ki, İrəvan Müəllimlər Seminasiyasının varisi hesab edilən İrəvan Türk Pedoqoji Texnikomu məhz indiki Göygöl Peşə Məktəbinin binasında fəaliyyət göstərib. Sonda seminariya haqda videoçarx nümayiş etdirilib.