• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1567
— 15.07.2022 16:13

Türkiyədə hərbi çevrilişə cəhddən 6 il ötür

KepezTV Player

Türkiyənin 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə qardaş ölkənin Gəncədəki Baş konsulluğunda tədbir keçirilib. Əvvəlcə Baş Konsul Zeki Öztürkün iştirakı media nümayəndələri üçün mətbuat konfrans təşkil edilib. Burada hadisələrlə bağlı jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Daha sonra hadisənin 6-cı ilinin tamam olması münasibətilə anım tədbiri baş tutub. Yığıncaqda 2016-cı ildə baş verən çevrilişin xalqın biriliyi nəticəsində qarşısının alındığı və bunun Türkiyənin respublika tarixinə 5-ci uğursuz müdaxilə kimi düşdüyü dilə gətirilib. Eyni zamanda 15 iyul hadisələrindən sonra qonşu ölkədə demokratiya ənənələrinin daha geniş vüsət aldığı vurğulanıb.