• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 684
— 15.07.2022 12:20

101 şirkət əmək yarmarkasına vakant yerlər çıxarıb

KepezTV Player

Dövlət Məşğulluq Agentliyi tərəfindən Gəncədə əmək yarmarkası keçirilib. İşsiz və işaxtaranlar özlərinə uyğun vakant yerlər barədə maraqlanaraq təklif olunan işləri dəyərləndiriblər.

Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi əmək yarmarkasında işsiz və işaxtaran şəxslərə 101 müəssisə tərəfindən 1460 boş iş yeri təqdim edilib. Vakansiya təqdim edən işəgötürənlər arasında, həm dövlət müəssisələri, həm də özəl şirkətlər olub.

İş yerləri iqtisadi fəaliyyət növünə görə, regionun əmək bazarının tələbatına uyğun olaraq istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, turizm, kənd təsərrüfatı, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, emal, xidmət və istehsal sahələrini əhatə edib.

Əmək yarmarkalarının keçiriləməsində məqsəd əmək bazarında mövcud olan tələb və təklif, habelə daxil olan sifarişlər əsasında əhalinin məşğulluğunun təmin olunmasıdır. Həmçinin işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisas və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi əsas götürülür.

Yarmarkada eyni zamanda, işsiz və işaxtaran şəxslərə Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə məlumat verilib. Aktiv məşğulluq tədbirlərinə müraciətlərin qeydiyyatı aparılıb.

 

Aişə Rzayeva