• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 965
— 14.07.2022 18:58

MİQ üzrə test imtahanı mərhələsinə start verilib

KepezTV Player

14 iyuldan  2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə başlanılıb. Bu gün imtahana riyaziyyat, fiziki tərbiyə, alman dili və fransız dili fənni üzrə 8000-dən artıq namizəd dəvət olunub. Bu il üçün MİQ üzrə 9000-dən artıq vakant yer təqdim olunub. 54 745 nəfər namizədin iştirakı planlaşdırılan müsabiqə 7 gün ərzində ölkənin 10 müxtəlif şəhəri olmaqla, ümumilikdə 15 imtahan mərkəzində baş tutub. Gəncədə imtahan 18 və 28 nömrəli məktəblərdə təşkil olunub. Hər mərkəzdə təxminən 350-400 arası namizəd imtahan verib.