• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1134
— 14.07.2022 11:36

Şəhidlərin xatirəsinə bulaq inşa edilib

KepezTV Player

Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri olan Vətən Müharibəsi şəhidləri  Rauf Məsimov və Eltac Əlizadənin xatirələri bulaq komleksi ilə əbədiləşdirilib. Şəhidlərin kənd qəbirstanlığındakı məzarlarına yürüşlə başlayan mərasimdə 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun zəfərindən, Ali Baş Komandanın uğurlu daxili və xarici siyasətindən söz açılıb. 28 yaşlı Rauf Məsimov və 24 yaşlı Eltac Əlizadənin vətənpərliyindən və keçdikləri döyüş yollarından danışılıb. Onların Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdikləri xatırlanıb. Rauf Məsimov noyabrın 9-da Xocavənd rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olub. Eltac Əlizadə isə oktyabırın 27-si Füzuli rayonunun düşmən işğalından qutarılması əməliyyatlarında şəhadətə yüksəlib. Döyüşlərdə göstərdikləri şücayətə görə Rauf Məsimov "Vətən uğrunda", “Döyüşdə fərqlənməyə görə  və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. Eltac Əlizadə isə "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə”  medallarına layiq görülüb.