• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2134
— 13.07.2022 17:43

Yenidən 1-ci diviziona qayıdan "Mingəçevir" hazırlığa başlayıb

KepezTV Player

Növbəti mövsümdən futbol üzrə Azərbaycan 1-ci divizionunda çıxış edəcək “Mingəçevir” klubu hazırlıqlara start verib. Nur şəhərinin təmsilçisi Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda toplanışdadı.

Hazırlıq prosesi isinmə hərəkətləri ilə başlayıb. Seleksiya xarakterli toplanışda baş məşqçi Azər Həşimov yeni gənc oyunçuları sınaqdan keçirir. Məşqlərə 20 futbolçu dəvət olunub ki, onlar gənc mütəxəssisin etimadını qazanaraq Mingəçevirin 1-ci divizondakı heyətində yer almaq istəyirlər. Baxışa gələnlərin nəyə qadir olduqlarını bilmək üçün futbolçular həm məşq zamanı, həm də ikitərəfli oyunlarda ələkdən keçirilir.

Komanda “Energetik” adı ilə sonuncu dəfə 1-ci divizionda 2016-2017-ci illər mövsümündə mübarizə aparıb. Kollektiv maliyyə çətinliyi səbəbindən 2017-ci ildən yeni yaradılan Region liqasında çıxış edirdi.