• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 862
— 13.07.2022 16:20

Ulu öndərin siyasi hakimiyyətə gəlməsinin ildönümü münasibətilə regional konfrans

KepezTV Player

Gəncədə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümə həsr olunmuş regional konfrans təşkil edilib. Azərbaycan Ağsaqqal Şurasının və Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının təşəbbüsü ilə baş tutan tədbirdən əvvəl ulu öndərin və digər tarixi şəxsiyyətlərin, eləcə də işğaldan azad olunan rayonların şəkillərinin əks olunduğu rəsm sərgisinə baxış keçirilib. Ardınca Gəncə və ətraf rayonların YAP yerli təşkilatlarının, gənclər və idman idarələrinin nümayəndələrinin iştirakı ilə dəyirmi masa reallaşıb. Çıxış edənlər ümumilli lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə hakimiyyətə gəlməsi ilə müasir Azərbaycan tarixində dönüş mərhələsinin ilk dövrünün başlandığını, bununla da ölkəmizin addım-addım müstəqilliyə doğru irəlilədiyini bildiriblər. Ulu öndərin hakimiyyətdə olduğu zaman bir çox sahələrdə milli kadrların hazırlanması, elmə, təhsilə xüsusi önəm verməsi vurğulanıb.