• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1899
— 13.07.2022 12:26

Qazaxıstanlı bloger və jurnalistlər Gəncədə erməni vəhşiliyinə şahid olublar

KepezTV Player

Qazaxıstandan gələn nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Jurnalistlər və bologgerlər 11 iyuldan başlayaraq işğaldan azad olunmuş torpaqlara səfər edib, Füzuli aeroportunda olublar. Daha sonra qonaqlar Ermənistan silahlı qüvvələrinin Gəncədə terror aktı törətdikləri ərazilərə də baş çəkib, raket hücumlarının izləri ilə tanış olublar. İşğalçı ölkənin beynəlxalq hüququn norma və prinsiplərini, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılan humanitar atəşkəs rejiminin tələblərini pozduğu vurğulanıb. Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alması, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmasının səbəb olduğu itkilər diqqətə çatdırlıb. Ələxsus da gecə saatlarında, yatmış şəhərə edilən raket hücumları soyqırımına bərabər tutulub. Həlak olanların xatirəsi anılıb, xəsarət alanların tezliklə şəfa tapması arzulanıb.