• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 848
— 12.07.2022 17:02

Tovuzda kütləvi dava qanla bitib, ölən var

KepezTV Player

Tovuzda kütləvi dava qanla bitib. Gənclər aralarındakı narazılığa bıçağa əl atmaqla son qoyublar. Hadisə rayonun Aşağı Quşçu kəndindəki çay evlərinin birinin qarşısında qeydə alınıb. Dava zamanı tərəflər bir-birinə bıçaq zərbələri endiriblər. Nəticədə 35 yaşlı  Anar Tağıyev, 39 yaşlı  Vüsal Əhmədov və 35 yaşlı  Nizami Vəliyev bıçaqlanıblar. Sonuncu aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırmalara başlanılıb.