• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1873
— 12.07.2022 17:37

Aİ 95 markalı benzinin qiyməti artarsa, bizi nə gözləyir?

KepezTV Player

Dünya bazarında baş verən proseslərlə əlaqədar neft qiymətlərinin artması fonunda ölkəmizdə Aİ 95 markalı benzinin qiymətinin artımı gözlənilir. Bu artım nəyə görə ola bilər və qiymət dəyişikliyi Azərbaycan iqtisadiyyatına təsir edəcəkmi? Qarşıdakı sujetdə bu haqda Orxan Cəfərzadə danışacaq.

Azərbaycanda yüksək oktanlı benzinin qiymətinin bahalaşması xəbəri son günlər medianın gündəmində ilk sıralardadı. Aİ 95 markalı yanacağın qiymətində dəyişikliyin gözlənilməsi istehlakçılar tərəfindən yaxşı qarşılanmasa da, əslində bu məsələ dünyada neft qiymətlərinin yüksəlməsi ilə adıçəkilən növ benzini satan şirkətlərlə əlaqədardır. Daha dəqiq desək Aİ 95 markalı yanacağın idxal edilməsi və dünya bazarında “Brent” markalı neftin orta aylıq qiyməti 2021-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayına qədər 124% artması bu benzinin bahalaşmasına səbəb olur

Qiymət artacağı təqdirdə iqtisadiyyata çox da təsir etməyəcək. Hər halda ekspertlər bunu belə deyirlər. Azərbaycanda orta hesabla il ərzində 1.3 milyon tona yaxın benzin istehlak edilir. Bunun təqribən 9 faizi yüksək oktanlı, yəni Aİ 95 və 98 markalı yanacağın payına düşür. Belə olan halda ölkə iqtisadiyyatında ayrı-ayrı sahələr üzrə qiymət artımı demək olar ki, olmayacaq.

Ötən il Azərabaycanda Aİ 95 markalı benzinin qiyməti 1 iyunda 1.25 – 1.40-ə, 31 iyulda – 1.40-1.45-ə, 15 sentyabrda isə 1.45 – 1.60-a qalxıb. Görəsən cari ildə bu növ yanacağın qiymətinin bir neçə dəfə bahalaşması ehtimalı varmı?

Gələn il Azərbaycanda AVRO-5 standartlarına uyğun benzin istehsalına başlanılması planlaşdırılır. ildə iki milyon ton Aİ-92 və Aİ-95 markalı benzinin istehsalı nəzərdə tutulur. İdxaldan asılılığı azalmaq məqsədi daşıyan bu addım böyük ölçüdə qiymət artımının da qarşısını almış olacaq.