• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2247
— 12.07.2022 18:06

Qurban bayramı münasibətilə şəhid ailələri ilə görüş keçirilib

KepezTV Player

Azərbaycan Respublikası dini qurumlarla iş üzrə dövlət komitəsinin Gəncə şöbəsi və İmamzadə ziyarətgahı icması şəhid ailələri ilə görüş keçirib.“Milli mənəvi dəyərlərin təbliği və dini maaarifləndirmə” işləri çərçivəsində keçirilən görüşə 50-ə yaxın ailə dəvət olunub. İmamzadə Kompleksində şəhidlərin ruhuna dualar oxunub, Vətən müharibəsi zamanı qazanılan zəfərdə onların rolundan danışılıb. Qurban bayramı münasibətilə keçirilən görüşdə  Gəncədən olan 50 ailəyə alış-veriş kartları paylanılıb. Anoloji tədbir bir neçə gün əvvəl Samuxda da reallaşıb, bu zaman isə 28 şəhid ailəsinə kart verilib.