• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2335
— 12.07.2022 18:08

Kərkicahan şəhidləri anılıb

KepezTV Player

Gəncədə Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı ərazidə 34 Kərkicahan şəhidinin xatirəsini əbədiləşdirmək üçün xatirə löhfəsinin açılışı olub. Sakinlər onların xatirəsini anaraq abidə önünə güllər düzüblər. İyul ayının 11də 1989-cu ildə Xankəndinin Kərkicahan qəsəbəsi özünün ilk şəhidini verib. 33 il bundan əvvəl Orduxan Səfərov və daha iki azərbaycanlı - Əli Nəbiyev və Namiq Salahov Şuşadan meşə yolu ilə Kərkicahana gələrkən çayın kənarında ermənilərin qurduğu pusquya düşüblər. Hər üç nəfərə ağır işkəncələr verilib.  Orduxan Səfərov və Əli Nəbiyev amansızcasına qətlə yetirilib. Namiq Salahov qolları bağlı şəkildə çayı keçərək yaxınlıqdakı çobanların köməyi nəticəsində sağ qalıb. Tədbir məktəblilərinin şeirləri ilə davam edib.