• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1982
— 12.07.2022 17:59

Külək ağacı aşırıb

KepezTV Player

Gəncədə güclü külək irigövdəli ağacı aşırıb. Cavad Rəfibəyli küçəsində qovaq ağacı kökündən çıxaraq yola düşüb və nəqliyyat vasitələrinin gediş-gəlişində məhdudiyyət yaranıb. Eləcə də aşan ağac işıq dirəklərindəki elektrik naqillərini sıradan çıxarıb. Xoşbəxtlikdən cana və əmlaka ziyan dəyməyib. Hadisədən bir müddət sonra aidiyyəti qurumların nümayəndələri olay yerinə cəlb olunaraq ağacı kəsib götürüblər və avtomobillərin hərəkəti təmin edilib.