• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1906
— 11.07.2022 18:10

Şəhər stadionunun söküntüsü niyə gecikir?

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022-2023-cü illər mövsümünün başlamasına demək olar ki, 1 aydan da az vaxt qalıb. Ancaq hələ də yenidən elitaya dönən “Kəpəz”in ev oyunlarını harada keçirəcəyi sual altındadır. Ən əsas məqam isə komandanın rəqiblərini qəbul edəcəyi Gəncə şəhər stadionunun tribunalarında söküntü işlərinin gecikməsi ilə bağlıdır. Qarşıdakı sujetdə hər iki məsələyə cavab tapmağa çalışmışıq.

Yarım əsrdən çox yaşı olan və istismar müddəti çoxdan başa çatan Gəncə şəhər stadionun tribunalarının AFFA və Gənclər və İdman Naziriliyi tərəfindən mərhələli şəkildə sökülərək yenidən inşası nəzərdə tutulsa da, bu günədək arena ilə bağlı heç bir əməli addım atılmayıb. Necə deyərlər verilən vəd hələlik söz olaraq qalır. Bəs görəsən tikinti işləri nəyə görə yerinə yetirilmir?

Bu suala cavab tapmaq üçün ilk olaraq AFFA-ya müraciət etdik. Qurumun baş katibi Sərxan Hacıyev rəsmi olaraq açıqlamasında bu ilin fevral ayında İcraiyyə Komitəsi tərəfindən stadionun mərhələli şəkildə söküləcəyi ilə bağlı qərar qəbul olunduğunu bildirib. İşin ləngiməsinə səbəb bəzi hüquqi məsələlərdir və bütün sənədlər təsdiqləndikdən sonra inşaat işlərinə başlanacaq.

Stadion Gənclər və İdman Nazirliyinin balansında olduğundan AFFA ilə birlikdə nazirlikdən də tikintinin gecikməsi ilə bağlı məlumat öyrəndik. Nazirlikdən də federasiya rəsmisinin dediyi sözləri təsdiqlədilər və əmlak məsələləri ilə bağlı prosedurlar yekunlaşdıqdan sonra yaxın zamanlarda tribunaların tikintisinə start veriləcəyi söylənildi. Klubun icraçı direktoru isə bu işdə aktiv iştirak edə bilmədiklərinin səbəbini açıqladı.

Qaldı ki “Kəpəz”in ev oyunlarının keçirəcəyi stadiona, azarkeşlər narahat olmasınlar. Klubdan verilən məlumata görə, Gəncə şəhər stadionunda tikinti işləri geciksə də, sarı-göylər böyük ehtimalla rəqiblərini burada qəbul edəcək. 25 000-dən çox tamaşaçı tutumuna malik olan stadion ötən əsrin 50-ci illərində tikilərək istifadəyə verililib. Arena “Dinamo” Kirovabadın 1967-ci ildə SSRİ çempionatının yüksək liqasına çıxması ilə indiki formasına salınıb. Müxtəlif vaxtlarda təmir-bərpa işləri aparılsa da, arenanın bir neçə tribunası qəzalı vəziyyətdədir və köklü şəkildə yenidən qurulmalıdır.